Hammurapi qanunları — eramızdan əvvəl XVIII əsrdə Babil hökmdarı Hammurapinin (e.ə. 1792–1750) təşəbbüsü ilə hazırlanmış və mixi yazı ilə daş stela üzərinə həkk edilmiş ən məşhur qədim Yaxın Şərq hüquq məcəllələrindən biridir. Bu məcəllə, həm tarixi, həm hüquqi, həm də dilçilik baxımından bəşər mədəniyyətinin mühüm abidəsidir. Qanunların orijinal nümunəsi 1901–1902-ci illərdə Şuşa şəhərində fransız arxeoloqları tərəfindən aşkar edilmiş və hazırda Parisdə Luvr muzeyində saxlanılır.
Hammurapi, Eski Babil dövrünün altıncı hökmdarı idi və onun dövründə Babil şəhəri Mesopotamiyanın siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi. Hökmdar geniş əraziləri birləşdirərək vahid dövlət yaratdı və bu dövlətin idarəçiliyində qanunların vahid formada tətbiqi zəruri idi. Hammurapinin qanunları həm mərkəzi hakimiyyəti möhkəmləndirmək, həm də ədaləti bərqərar etmək üçün hazırlanmışdı.
Qara diorit daşından hazırlanmış təxminən 2,25 metr hündürlüyündə stela.
Tərtibat:Stelanı üç hissəyə bölmək olar:
Hammurapinin tanrılar tərəfindən seçildiyini və ədaləti bərpa etmək missiyasını təsvir edir.
Qanunların pozulmasının nəticələri, lənətlər və xeyir-dualar. Stelanı bəzəyən yuxarı relyefdə günəş və ədalət tanrısı Şamaşın Hammurapiyə qanun simvolu olan əsanı təqdim etməsi təsvir olunub.
Hammurapi Qanunları hər zaman hüququn ayrıca sahələrini aydın şəkildə ayırmasa da, onların maddələrinin yerləşdirilməsi ümumilikdə kifayət qədər məntiqlidir və müəyyən bir sistemə tabedir. Məzmununa görə Qanunların müddəaları aşağıdakı qruplara bölünə bilər
Bir qrupdan digərinə keçid tənzimlənən mövzu əsasında assosiativ prinsipə görə aparılır. Məsələn, II-ci qrupdan III-cü qrupa keçid § 26 (III-cü qrupun birincisi) yad əmlakdan qanunsuz istifadəni cəzalandırır (II-ci qrup maddələri kimi). III-cü qrupun sonuncu § 41 yad sahədən qanunsuz istifadəni qarşısını almağa yönəlib; buna uyğun olaraq IV-cü qrupun başlanğıc § 42 də yad sahədən istifadədən bəhs edir, lakin başqa kontekstdə.
Bu qrupun son maddələri (məhv edilmiş §§ 86 və 87) yəqin ki, daşınmaz əmlak icarəsi ilə bağlı pul öhdəliklərindən bəhs edirdi, § 88 (V-ci qrupun başlanğıcı) isə borcdan danışır, lakin bu dəfə borc götürmə ilə əlaqədar. Bu qrupun sonuncu § 126 əmanətə verilmiş əmlakın itməsinə dair yalan ifadə və bu səbəbdən qonşulara qarşı böhtan atma hallarını nəzərdə tutur.
Növbəti VI-cı qrupun ilk maddəsi (§ 127) də yalan ittihamdan bəhs edir, lakin bu dəfə qadına qarşı. Bu qrupun sonuncu § 194 uşağı dəyişdirən dayəni taliyona uyğun cəzalandırır, növbəti VII-ci qrup isə § 195 ilə başlayır, burada da taliyon tətbiq edilir. Bu qrup § 214 ilə bitir, burada bədən xəsarətindən ölüm halı qeyd olunur, VIII-ci qrup isə § 215 ilə başlayır və burada cərrahi əməliyyat zamanı həkim tərəfindən xəstəyə vurulan bədən xəsarətləri barədə norma var.
Beləliklə, bu abidənin böyük hissələrinin quruluşu müasir hüquqi düşüncə üçün qeyri-adi olsa da, sərt və məntiqli bir sistemə tabedir. Müəyyən bir sistem bəzən o qədər ardıcıl olmasa da, qrupların içərisində də izlənilə bilir
Bizim üçün əsas əhəmiyyət daşıyan məsələ, Hammurapi stellasının mətnində istifadə olunan terminlərdir. Bu terminlər hüquqi, inzibati və ictimai münasibətlərin o dövrdə necə başa düşüldüyünü, hansı anlayışların ön plana çəkildiyini göstərir. Gələcəkdə, həmin terminləri digər semit əlyazmalarını araşdırmaq üçün tətbiq etməklə, müxtəlif mətnlər arasında semantik və hüquqi paralellər qurmaq imkanı qazanırıq. Beləliklə, biz təkcə bir qanun mətnini deyil, bütöv bir mədəniyyətin hüquqi dilini və konseptual sistemini daha dərindən anlaya bilirik.
Hammurapi qanunlarının təsiri Assur, Hitit, Elam və hətta Bibliya qanunlarında (Musa qanunları) hiss olunur. Bu məcəllə qədim Yaxın Şərq hüquqi ənənələrinin formalaşmasında mühüm rol oynamışdır.
Müasir assiriologiya və hüquq tarixçiləri Hammurapi qanunlarını təkcə hüquqi sənəd kimi deyil, həm də ideoloji manifest kimi qiymətləndirirlər. Qanunlar real məhkəmə təcrübəsini tam əks etdirməsə də, dövlətin özünü “ədalət paylayıcı” kimi təqdim etmək istəyini göstərir.
Hammurapinin qanunları həm bəşər sivilizasiyasının hüquqi təfəkkürünün erkən zirvələrindən biri, həm də Mesopotamiya mədəniyyətinin mühüm yadigarıdır. Bu məcəllə ilə tanışlıq, yalnız qədim hüquq prinsiplərini deyil, həm də o dövrün cəmiyyətinin dünyagörüşünü, dəyərlərini və sosial münasibətlərini anlamaq üçün mühüm açardır.