Akkad Əlifbası və Yazı Sistemi

Ümumi Baxış

Akkad dili — e.ə. III minilliyin ortalarından eramızın I əsrinədək Mesopotamiyada işlədilən qədim semit dili idi. Bu dil Sumer mixi yazısı əsasında tərtib olunmuş logofonetik yazı sistemi ilə yazılırdı. Akkad əlifbası müasir mənada “əlifba” deyildi; o, heca işarələri (CV, VC, C tipli) və ideoqraflardan ibarət idi.

Mənşə və İnkişaf

Mənşə: Akkad yazısı, Sumerlərin ixtira etdiyi mixi yazının uyğunlaşdırılması nəticəsində yaranmışdır. Akkadlar sumer işarələrini birbaşa kopyalamadı, onları öz dilinin fonetikasına uyğunlaşdırdılar.

İlk nümunələr: təxminən e.ə. 2500-dən rəsmi sənədlərdə və inzibati mətnlərdə görünür.

Mixi yazının deşifrə olunması

XIX əsrin ortalarında Qrotefend qismən fars mixi yazısını deşifrə etdi. Lakin onun işi geniş tanınmadı. Qrotefend şahların həsr olunmuş yazılarının strukturunu təhlil etdi, ehtimal ki, ad və titullara uyğun olan işarə bloklarını müəyyənləşdirdi və onları fars şahlarının xronologiyası ilə tutuşdurdu.

Sonradan Roulinsən Behistun yazısını köçürdü və fars mixi yazısını tamamilə deşifrə etdi. Yazının üçdilli olması sayəsində (bir sıra assirioloqlarla əməkdaşlıq şəraitində) elam və akkad mixi yazıları da oxundu; bunlar isə şumer mixi yazısının varisləri idi. Babil və Ninovada sənədlərdən və hətta lüğətlərdən ibarət böyük arxivlər aşkar edildi ki, bu da XIX əsrin sonuna qədər mixi yazının sonrakı formalarının əsasən oxunmasına imkan verdi. Mixi yazının əksər formaları (hurri, het və s.) akkad mixi yazısının inkişafı olduğundan asanlıqla oxundu, həmçinin çoxlu determinativ və loqogramların mövcudluğu sayəsində bu yazıların arxasında gizlənən dillər də əsasən anlaşıldı. Mixi yazının bəzi sonrakı formaları (fars, uqarit) yalnız zahirən akkada bənzəyirdi, əslində isə orijinal yazı formaları idi.

XXI əsrin əvvəlinə qədər şumer mixi yazısının ən qədim təsviri prototipləri (belə adlanan protoşumer yazısı) və protoelam yazısı — bəlkə də şumer mixi yazısı ilə bağlı olmayan [habelə elam xətti yazısı] — hələ də deşifrə edilməmişdir.

Mixi yazının inkişafı

Determinativlər mixi yazıda

Bəzi loqogramlar determinativlər (başqa sözlə, semantik göstəricilər) kimi də işlədilirdi. Bu funksiyada onlar əsas sözün yanında (adətən əvvəlində) yerləşdirilirdi, istər söz loqogramla, istərsə də heca işarələri ilə yazılsın. Lakin akkadlar və onlardan sonra yaşayanlar determinativləri demək olar ki, yalnız loqogramlarla birlikdə istifadə edir, heca işarələri ilə yazılmış sözlərdə isə onlara əhəmiyyət vermirdilər. Determinativ sözlə ifadə olunan obyektin aid olduğu əşya və ya varlıq sinfini göstərirdi. Bir neçə loqogram determinativ kimi istifadə olunurdu: giš “ağac” – ağac adları və taxta əşyalarla; dingir “tanrı” – tanrı adları və müqəddəs əşyalarla; mul “ulduz” – ulduz adları ilə; lu “insan” – peşə adları ilə işlədilirdi.

Bütün determinativlər hələ şumer dövründə istifadəyə girmişdi, sonralar isə yeni determinativ yaranmadı. Qəbul olunur ki, determinativlər sözün tələffüz olunmayan elementləri idi; buna görə də onları bir növ ideogram kimi saymaq olar. Onların rolu loqogramların tez-tez rast gəlinən çoxmənalılığını azaltmaq idi. Məsələn, şumer mətnində “plov-paxar” işarəsinin qarşısında giš determinativi varsa, bu, həmin işarənin apin “kotan” kimi oxunacağını göstərirdi (çünki kotanlar ağacdan hazırlanırdı). Əgər eyni işarənin qarşısında lu determinativi durarsa, onda bu söz engar “paxar” kimi oxunacaqdı. Digər tərəfdən, determinativlər heç vaxt çoxmənalılıq yaratmayan loqogramlarla da müntəzəm istifadə olunurdu. Geniş istifadə olunan determinativlərin sayı təxminən 20–25 idi, bu da yer və dövrdən asılı olaraq bir qədər dəyişirdi.

Heca işarələrinin inkişafı

Loqogramlardan heca işarələrinə keçid yazıda baş vermiş ən mühüm proses idi. Bu keçid zamanı bəzi loqogramlar artıq sözün özünə bağlılığını itirir və yalnız həmin sözün səs tərkibi ilə əlaqələndirilirdi. Əvvəlcə işarə, asan təsvir olunan əşyanı ifadə edən bir piktogram idi. Daha sonra həmin piktogram səslənməsi oxşar olan, lakin təsviri çətin əşyaları bildirən sözləri də ifadə etməyə başladı.

İnkişaf mərhələləri: əvvəlcə sumer logogramlarının üstünlük təşkil etdiyi qarışıq yazı, daha sonra hecalı oxunuşun genişlənməsi və Yeni Assur/Yeni Babil dövrlərində standartlaşma.

İşarə Tipləri və Struktur

Akkad mixi yazısı üç əsas işarə növünü birləşdirirdi:

Logogramlar: bütöv sözü ifadə edən işarələr (adətən sumer mənşəli).

Fonetik işarələr: səsi və ya hecanı göstərən işarələr (məs., “ba”, “ta”, “ki”).

Determinativlər: tələffüz olunmayan, amma sözün kateqoriyasını bildirən işarələr (məs.: 𒀭 DINGIR – ilahi adlardan əvvəl).

Gündəlik istifadə üçün təqribən 200–300 işarə kifayət idi; ümumi repertuar isə 600–800 arasında dəyişirdi.

Yazı Materialları və Texnika

Əsasən gil lövhələr və daş üzərinə qamışdan hazırlanmış stilus ilə yazılırdı. Yazı istiqaməti soldan sağa, üfüqi sətirlər üzrədir. Rəsmi yazılarda işarələr səliqəli, gündəlik sənədlərdə daha sadələşmiş olurdu.

Təsir və Diplomatik Dil

Akkad dili e.ə. II minillikdə Yaxın Şərq boyunca lingua franca rolunu oynadı. Suriya, Anadolu, Elam və Misir saraylarında diplomatik yazışmalar Akkadca aparılırdı. Bu baxımdan Amarna məktubları ən məşhur nümunələrdəndir.

Tənəzzül

E.ə. I minilliyin sonlarına doğru Arami əlifbası geniş yayılaraq Akkad yazısını dövlət və ticarət sahəsində əvəz etməyə başladı. Mixi yazı daha çox dini–elmi mətnlərdə qorundu və eramızın I əsrində istifadədən çıxdı.

Nümunə İşarələr

İşarə Akkad oxunuşu Mənası
𒀭 AN / ilu Tanrı (determinativ kimi də işlənir)
𒆠 KI Yer, məkan
𒌓 Utu / šamaš Günəş tanrısı
𒀜 BÀN Çörək (ərzaq ölçüsü kontekstlərində)

Akkad yazı sistemi müasir əlifba anlayışından fərqli olaraq, heca–logogram qarışığıdır və həm yazı texnologiyası, həm də beynəlxalq diplomatiya baxımından qədim dünyanın ən təsirli sistemlərindən sayılır. Onun mirası Mesopotamiyanın hüdudlarını aşaraq bütün Yaxın Şərq mədəniyyətinə dərin təsir göstərmişdir.

Akkad və Şumer Dillərində Heca Quruluşu

Akkad və Şumer Dillərində Heca Quruluşu

Akkad və Şumer dilləri qədim Mezopotamiyada istifadə edilən əsas dillərdən olmuşdur. Hər iki dil heca quruluşuna əsaslanırdı, yəni sözlər hecalardan ibarət bloklarla yaranırdı. Hecalar fonemik birləşmələr olaraq həm tək başına, həm də sözlərdə istifadə edilirdi. Heca sisteminin başlıca növləri Açıq heca (CV – samit + sait) və Qapalı heca (CVC – samit + sait + samit) idi.

Şumer Heca Sistemi

Şumer dilində hecaların əsas nümunəsi aşağıdakı kimi verilə bilər:

𒀀 (a) 𒂊 (e) 𒄑 (ka) 𒆠 (ki) 𒈠 (ma)

Bu hecalardan sözlər yaradıla bilər, məsələn, "𒆠𒈠𒁀" (ki-ma-ab) kimi birləşmə ilə bir obyekt və ya fəaliyyət adı ifadə edilə bilər.

Akkad Heca Sistemi

Akkad dilində heca quruluşu Şumerdən təsirlənmişdir. Akkadlar təxminən e.ə. 24-cü əsrin əvvəllərində Cənubi Mesopotamiyada yerləşən Şumer şəhər-dövlətlərini fəth etdilər. Sargonun yüksəlişi ilə başlayan bu dövr, Akkad sülaləsinin gücünü möhkəmləndirdiyi və Şumer mədəniyyətini öz idarəsi altında birləşdirdiyi dövrdür. Sargon və ardıcılları Şumer şəhərlərini siyasi və hərbi baxımdan ələ keçirərək, onların inzibati strukturlarını və yazı ənənələrini mənimsədilər. İstiladan sonra Akkad dili və mədəniyyəti Şumerlərin zəngin yazı və mədəni irsini qəbul etmiş, lakin semitik xüsusiyyətlərini qoruyaraq özünəməxsus inkişaf etmişdir. Bu qarşılıqlı təsir heca quruluşu, yazılı sənət və inzibati praktikalarda açıq şəkildə hiss olunur. Akkad hökmdarları Şumerlərin mədəni və dini institutlarını dəstəkləyərək, həm də öz imperiyalarını genişləndirmişdilər. Əsas nəticə odur ki, Akkad istilası yalnız hərbi fəth deyil, həm də Şumer mədəniyyətinin semitik dünya ilə inteqrasiyasını təmin edən tarixi mərhələ olmuşdur. Akkad işarələri fonetik olaraq hecaları ifadə edirdi:

𒀀 (a) 𒂊 (e) 𒄑 (ka) 𒆠 (ki) 𒈠 (ma) 𒈦 (ša)

Məsələn, "𒄑𒈠𒆪" (ka-ma-ku) ifadəsi konkret bir mənanı ifadə edən söz olaraq formalaşa bilərdi. Hecaların birləşməsi nəticəsində yeni sözlər və anlayışlar meydana çıxırdı.

Hecaların Bloklarla Birləşməsi

Hecalar bloklara ayrılır və sözlərin yaranmasında bu bloklar təməl rol oynayırdı. Məsələn:

Söz: 𒆠𒈠𒁀 (ki-ma-ab)
Bloklar: [𒆠] [𒈠] [𒁀]

Bu sistem vasitəsilə həm adlar, həm də fellər, obyektlər və anlayışlar ifadə edilirdi.

Akkad dilində “ka-li-ma” sözü xüsusi maraq doğurur, çünki bu söz heca quruluşu baxımından semitik dillərin xüsusiyyətlərini əks etdirir. Akkad dilində hecalar əsasən a, i, u samitlərdən əvvəl gələn saitlərlə birləşərək formalaşır və sözlər bu hecalardan ibarət bloklardan yaranır.

“ka-li-ma” sözü üç hecadan ibarətdir: ka, li, ma. Tarixi mənbələrdən məlum olur ki, “kalima” sözü “söz, danışıq, ifadə” mənasında istifadə olunub və daha sonra Akkad yazısında 𒅗𒇷𒈠 kimi işarələrlə göstərilmişdir (işarələr müasir transliterasiya ilə “ka-li-ma” oxunur).

Bu söz həm də Şumer təsirini göstərir, çünki Şumer dilində “ĝeštu” kimi sözlər eyni funksiyanı yerinə yetirirdi, yəni danışıq və ya söz mənasını verirdi. Akkad dilində isə semitik struktura uyğunlaşaraq, həm hecalara bölünməsi, həm də semantik mənanın qorunması müşahidə olunur.

Əsas mənbələr:

Kramer, Samuel N. History Begins at Sumer, University of Pennsylvania Press, 1981. Gelb, Ignace J. A Study of Writing, University of Chicago Press, 1963. Civil, Miguel. Akkadian Writing and Grammar, Journal of Cuneiform Studies, Vol. 25, 1973.

Tuppu və Tuppu Evləri

Tuppu nədir?

Tuppu Akkad dilində və həmçinin Sumer dilində “gil tablet” deməkdir. Bu, qədim Mesopotamiyada yazı üçün əsas vasitə olmuşdur. Hər bir tuppu gil lövhə şəklində olurdu və onu yazmaq üçün sivri bir qələmdən – stylus istifadə olunurdu. Yazı cuneiform üsulu ilə aparılırdı.

Gil kitablar - Tuppu tapıntıları

Arxeoloji qazıntılarda minlərlə tuppu tapılıb. Ən məşhurları Ur, Nippur, Akkad və Ebla şəhərlərində aşkarlanıb. Qədim Mesopotamiyada gil lövhələr üzərində sənədçilik (tuppu) praktikası geniş yayılmışdı. Hər tuppu, yəni yazı lövhəsi, ya günəşdə qurudulur, ya da sobada bişirilirdi ki, yazı dəyişməz, möhkəm və uzunömürlü olsun. Bu praktikadan yaranan məcazi ifadələr sonrakı dillərdə də iz qoyub. Məsələn, azərbaycanca “sözü ağzından bişir-çıxart” deyimi elə həmin tuppu ideyasından törəyib: sözün möhkəm və dəyişməz olması, guya gil lövhədə yazılmış kimi sabit qalması nəzərdə tutulur. Tapıntılar həm inzibati, həm də ədəbi yönümlüdür:

Akkad dilində yazılan tuppu-lar müxtəlif mövzularda olurdu: müqavilələr, hüquqi sənədlər, vergi qeydləri və ticarət yazışmaları. Bu lövhələrdə istifadə olunan ka-li-ma, tuppu, šuttu, kārū kimi sözlər gil lövhə mətbəəsinin terminologiyasına aid idi. Məsələn:

1.tuppu – lövhə, yazılı sənəd

2.ka-li-ma – söz, ifadə, etibarlı yazı

3.kirû – bişmiş, möhkəm (gil üçün)

Bu sözlər həm də məcazi mənada “möhkəm söz” kimi istifadə olunub.

Maraqlı nümunələr:

Azərbaycan dilində kərimə, kirəmit sözləri, ingiliscə ceramic sözü – hamısı gil və bişmiş gil məhsulları ilə bağlıdır. Yəni gündəlik dilimizdə işlənən sözlər, gil lövhələrdəki yazı mədəniyyətindən miras qalmışdır.

Qurandakı “kəlimə” termini də bu kontekstdə anlaşılır: kəlimə dəyişməz və etibarlı ifadə mənasını daşıyır, sanki gil lövhədə yazılmış kimi.

Beləliklə, tuppu konsepti yalnız maddi obyekt deyildi, həm də dildə və mədəniyyətdə etibarlılığın simvoluna çevrilmişdi. Bu, Akkad və Şumer dil mədəniyyətinin bir-birinə təsirini göstərir və sözlərin hecalardan ibarət bloklar şəklində yaranması ilə bağlıdır. Hər söz, hər heca bir blok kimi, lövhədə möhkəm yazılır, sonradan oxucuya eyni şəkildə çatırdı.

Tuppu evləri (Bīt Tuppu)

Bīt tuppu – “tuppu evi” adı ilə tanınırdı. Bu yerlər dövlət arxivləri idi. Orada minlərlə tablet saxlanılır, sistemləşdirilirdi. Hökmdarlar və yazıçılar üçün tuppu evləri sənəd mərkəzi, həmçinin mədəni yaddaş mərkəzi idi.

Tuppuda yazılan məzmun

İnzibati tuppular:

- Mal və qida paylanması: buğda, arpa, heyvanlar
- Əmək və maaş qeydləri
- Tapşırıqlar və rəsmi sərəncamlar

Dini və ədəbi tuppular:

- İlahilər və dualar
- Şəhər və məbəd mifologiyaları
- Epik dastanlar: Gilqameş, Atrahasis

Transliterasiya nümunəsi (Akkad cuneiform):

- tu-ppu → "tablet"
- bīt tu-ppu → "tuppu evi"

Faktiki əhəmiyyət

tarixi hadisələrin birbaşa yazılı mənbəyidir. İqtisadi, siyasi və dini həyat barədə məlumat verir. Sözlərin və ifadələrin heca quruluşunu öyrənmək üçün əsas mənbədir.

Məsələn, Brown Universiteti arxivi, 39№ tuppu Sargon dövründən gəlmişdir və orada belə qeyd olunmuşdur:

2(diš) geš 1(barig)

1(u) 1(diš) geš 4(ban2)

2(u) 1(diš) geš 3(ban2)

2(u) geš 2(ban2) 5(diš) sila3

2(u) 5(diš) geš 2(ban2)

2(u) 2(diš) geš 1(ban2) 5(diš) sila3

3(u) 6(diš) geš 1(ban2)

3(u) 6(diš) geš 5(diš) sila3

1(u) 4(diš) geš 2(diš) sila3

2(geš2) 1(u) 5(diš) geš ša3-su3

šu-nigin2 1(u) 1(barig) 1(ban2) 8(diš) sila3 zu2-lum gur

ur-diškur nu-geškiri6

1(diš) geš 2(ban2) 14. 2(diš) geš 2(ban2)

Bu gil kitabə (Muzey Obyekt 39 və ya M39) təxminən eramızdan əvvəl 2035-ci ildə Şu-Sinin hakimiyyəti dövründə iki bağban xurma bağında xurma məhsulunu qeyd etmək üçün yazılmışdır. Šu-Sin Cənubi Mesopotamiyanın kralı idi və Ur III sülaləsinin sondan əvvəlki kralı kimi tanınır. İki bağban Ur -d İşkur və Undaqadır. Kitabənin yazıçısı müəyyən edilməyib. Ur -d Iškurun hazırladığı xronologiya hesablamaları üçün düzgün olsa da, Undaqa üçün işində uyğunsuzluq var.”

GÖRKƏMLİ SEMİTOLOQLAR

Jules Oppert 1825–1905
Henry Rawlinson 1810–1895
Edward Hincks - 1792–1866
Ignace J. Gelb - 1907–1985

LAYHİYƏYƏ MADDİ DƏSTƏK OL

Layihəni dəstəkləmək üçün aşağıdakı kart nömrəsini kopyalayın və öz bank proqramınızda istifadə edin.

4286 5212 6147 2569
VISA MasterCard