iluNarim, zikkurat

Mən artıq "Qur'andan Qurana" kitabımda, Qur'anın mətnlərində uyğunsuzluqları araşdırdığımın, bu araşdırmanın məni sözlərin hərf-semantik kodlarına necə gətirdiyini danışmışam.

Və araşdırmalar dərinləşdikcə, istər-istəməz akkad mətnlərinin də araşdırılmasını ehtiva edir.Çünki, akkad dili - ən qədim, indiki semit dillərinin əcadadı olubdur.

Lakin, təəssüflə deyim: mən akkad mətnlərinin də təhrif edildiyini aşkar etdim. Mətnlərə sanki qəsdən və qərəzli şəkildə "tanrı" anlayışı yeridildiyini, qədim insanların barbar, savadsız və möhvumatşı kimi təqdim edildiyini gördüm.

Gəlin, birlikdə ulu insanların dilini bərpa etməyə çalışırıq.

1. "Cadugərlik" deyil, "Hüquqi Qəsb"

Hammurapi stellası tapıldığı gündən bəri, ki-iš-bi sözünü "cadugərlik" kimi tərcümə ediblər.

Hammurapi Qanunları, 2-ci paraqraf:

𒋗𒈠 𒀀𒅀𒈬 𒆠𒅆𒁍 𒂍 𒉌 𒁉𒁕 𒇽 𒇻 𒌓𒋾𒀭𒈾
šum-ma a-wi-lum ki-iš-bi e-li bid-di-ma la uk-ti-in-šu
"Əgər bir şəxsə cadügərlik ittihamı verirsə, və onu sübut etməzsə..."

Lakin, gəlin məntiqlə düşünək.

Qur'an toplusunun girişində: 1-ci bənd — qətl haqqında. 2-ci bənd — cadugərlik? Gülməli deyilmi? Gəlin məntiq zənciri quraq:

Şübhəmiz əsaslıdır.

ki-iš-bi = qəsb? Gəlin regional dillərə müraciət edək:

Hər dildə eyni fonetik və semantik qat: qəsb = mənimsəmə, zorla sahiblənmə, qanunsuz əl koyma.

İndi isə, mətnə baxaq:

𒋗𒈠 𒀀𒅀𒈬 𒆠𒅆𒁍 𒂍 𒉌 𒁉𒁕 𒇽 𒇻 𒌓𒋾𒀭𒈾
šum-ma a-wi-lum ki-iš-bi e-li bid-di-ma la uk-ti-in-šu
"Əgər bir şəxsə hüquqi qəsb ittihamı verilərsə, və onu sübut etməzsə..."

İndi is, siz də aydın görürsünüz ki: 2-ci bənd "cadugərlik" deyil. Bu, qanunun işləmə mexanizmidir: kim ittiham verirsə, onun sübut etməsi lazımdır.

Növbəti səhv: iluNārim = "Tanrı Narim". Standart tərcümə:

𒀀𒈾 𒀭𒉌𒉡 𒅖𒅗 𒄿𒈠 𒅗𒊭 𒁉𒀀𒀀𒀀𒀀
a-na iluNārim i-il-la-ak i-ša-al-bli-a-am-ma
"Tanrı Narim-ə gedəcək və suya daxil olacaq..."

Lakin, xatırlayaq ki, akkadlar su demirdilər, təmizləyən deyirdilər. Deməli, mətndə, bizim indi işlətdiyimiz vergi təmizlənməsinə analoji ifadə işlədilmişdir.

Növbəti sual:

"Necə yəni, 'Tanrı qarşısına' gedəcək? Bəs, Tanrı onu hansı qanunla mühakimə edəcək? Prosedur necə icra olunacaq?"

Aha... Qanun toplusu artıq əlimizdədir və biz onu oxuyuruq. Bu faktır. Amma "Tanrı Narim" mücərrəddir. Və məntiq deyir ki: O, Qanun qarşısında dayanmalı, mühakimə olunmalıdır.

Regional dillərə müraciət edək:

Deməli: ilu = ulu = 'il Hamısı eyni mənaya malikdir: yüksək, prioritet, sistemdə ən üst səviyyə.

Narim isə öz-özünə yerini tutur: nar = işıq, həqiqət, qanun Narim = Qanun Toplusu, Ana Yasa (tr)

Beləliklə:

𒀀𒈾 𒀭𒉌𒉡 𒅖𒅗 𒄿𒈠 𒅗𒊭 𒁉𒀀𒀀𒀀𒀀
a-na iluNārim i-il-la-ak i-ša-al-bli-a-am-ma
"Yüksək Qanuna gedəcək, və o, onu təmizləyəcək."

Bu, heç bir "tanrıya müraciət" deyil. Bu, qanun qarşısında durmaq, hüquqi təmizlənmə prosedurudur.

2. Biz təhrifi aşkar etdik

Biz nə etdik?

Akkadda ilkin dövrlərdə "tanrı" anlayışı yox idi. Orada qanun, nizam, sistem var idi.

3. zikr: "xatırlama" yox, "Məlumatların Aktiv Emalı"

Növbəti təhrif — "zikkurat" 𒍪𒌍𒊒𒌓 sözünün "məbəd" kimi tərcümə olunmasıdır.

Ləhcədən asılı olaraq, müasir tədqiqatçıların "məbəd" adlandırdıqları tikililər iki formada səslənir:

Akkad gümüş külçə etalonu
Naram Sin zikkuratı

Təəccüblü də olsa, tərcüməçilər heç bir əsas olmadan, sadəcə tikilinin iriliyini nəzərə alaraq və günümüzdə insanlara aşılanmış tanrıçılıq anlayışından yol alaraq, bu sözü "məbəd" kimi tərcümə ediblər.

Lakin nəzərə alsaq ki, bu günədək zikkuratlarda heç bir ayin əşyası tapılmayıb, əksinə, tapılan bütün əşyalar iqtisadi və elmi qeydlərdir, onda bu mənalandırmanın az qala qərəzli olduğunu düşünməyə əsasımız var.

Zikkuratlarda tapılanlar:

Akkad gümüş külçə etalonu
Zikkuratda tapılmış akkad gümüş külçə etalonu (mina) etalonu

Tapılan bu maddi sübutlar, zikkuratların məbəd olduğunu təsdiq etmir, əksinə, onların elmi-iqtisadi arxiv və ya hesablama palatası olduğunu göstərir.

Qurana müraciət edək: "Zikr" sözü.

Yusif surəsində deyilir:

Yusif 12:42
wa qāla lil-ladhī ẓanna 'annahu nājin minhumā idhkur-nī 'inda rabbika
"Yusif zindandakına dedi: 'Məni Rəbbinin yanında xatırla.'"

Əslində, burada "zindandakı" kimi tərcümə edilən "ẓanna" sözü "zindandakı" demək deyil — lakin bu mövzuya indi fokuslanmırıq.

Davamında bildirilir: "Lakin şeytan bunu ona unudtdurdu, və o (Yusif) daha səkkiz il qaldı."

Bu cümlədən belə nəticəyə gəlirik ki, "zikr" vacib bir tapşırıq idi, və yerinə yetiriləcəyi təqdirdə, Yusifin olduğu vəziyyətdən çıxacağı ilə nəticələnməli idi.

Absurd olardı düşünmək ki, Yusifin yoldaşı Rəbbinin yanında olduqda, düşüncəsində sadəcə "Yusuf... Yusuf..." deyə onu xatırlamaqla məşğul olmalı idi.

Əslində, Yusif dedi:

"Məni sistem tənzimləyicisinin yanında qeyd et. Mənim kim olduğumu bildir."

zikr — "xatırlamaq" deyil. Bu, məlumatın sistemə yüklənməsi, statusun bərpası, qərar qəbulu üçün məlumatın təqdim edilməsidir.

Azərbaycan dilinə müraciət edək Azərbaycan dilində "müzakirə" sözü öz qədim mənasını saxlayır:

Yəni: "müzakirə" = məlumatın emalı". Bu, məlumatın təkrar nəzərdən keçirilməsi, qərarın qəbulu prosesidir.

4. Zikkurat: "Məbəd" yox, İnzibati Mərkəz

Zikkurat — bu, "tanrıya gedən piramida" deyil. Bu, idarəetmə mərkəzi, arxiv, hüquq sistemidir.

Zikkurat: Hökumət arxivi
kahin deyil, məmur
é-temen-anki
𒂍 𒋼𒈨𒅀 𒀀𒆠

"Göy və yerin əsas evi" — yəni, mədəniyyətin idarəetmə mərkəzi.

Bu, heç bir halda məbəd deyil. Bu, mərkəzi inzibati binadır, harada ki, qərarlar qəbul olunur, məlumatlar saxlanılır, sistem idarə olunur.

Baxın, biz çox sadə məntiqi fikir yürütməklə, miqyaslı təhriflərə düzəliş edə bildik:

Biz spekulyasiya etmirik. Biz çoxtərəfli sübutlar üzərində qurulmuş sistemli təhlilin nəticəsini əldə etdirik:

İndi oxuduqlarınız, sadəcə misal idi, PaNi metodunun güc nümayişi idi. Bu, orijinal kodun bərpasıdır.

İndi isə, tam zəmanətlə deyə bilərik:

Akkadda ilkin dövrlərdə "tanrı" anlayışı ümumiyyətlə olmayıb.

LAYHİYƏYƏ MADDİ DƏSTƏK OL

Layihəni dəstəkləmək üçün aşağıdakı kart nömrəsini kopyalayın və öz bank proqramınızda istifadə edin.

4286 5212 6147 2569
VISA MasterCard